Türkiyənin Van sərhəd xəttində 50 kq narkotik maddə ələ keçirilib
Dünya
213
18:40, Bu gün

Türkiyənin Van sərhəd xəttində 50 kq narkotik maddə ələ keçirilib

Türkiyənin Silahlı Qüvvələri sərhədlərin təhlükəsizliyini qorumaq və qanunsuz fəaliyyətlərin qarşısını almaq üçün qətiyyətli fəaliyyətini davam etdirir.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, Van sərhəd xəttində həyata keçirilən axtarış-yoxlama zamanı 50 min 930 qram narkotik maddə ələ keçirilib.

Narkotik maddə Başqala Rayon Jandarm Komandanlığına təhvil verilib.

 

Türk Silahlı Kuvvetlerimiz, hudutlarımızın güvenliğini muhafaza etmek ve yasa dışı faaliyetlere geçit vermemek adına yürüttüğü kararlı görevini azimle sürdürüyor.

Hudut Kartallarımız, Van hudut hattında icra ettiği arama tarama faaliyetleri kapsamında 50.930 gram uyuşturucu… pic.twitter.com/Lq2Ag0ucVI

— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) January 2, 2026
Link kopyalandı!
Son xəbərlər