21:24
2°C
Bakı
Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampın 2026-cı ilin yazında Birləşmiş Ştatlara səfər dəvətini qəbul edib.
Moderator.az-ın "Kyodo" agentliyinə istinadən məlumatına görə, Takaiçi yanvarın 2-də Trampla telefon danışığı aparıb, o, danışıq zamanı ABŞ-yə səfər dəvətini qəbul etdiyini bildirib.
Baş nazir həmçinin qeyd edib ki, iki lider danışıq zamanı ölkələr arasında təhlükəsizlik və iqtisadi əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.