Rusiya qüvvələri Xarkova zərbə endirib, 12 nəfər xəsarət alıb
Dünya
161
18:00, Bu gün

Rusiya qüvvələri Xarkova zərbə endirib, 12 nəfər xəsarət alıb

Rusiya qüvvələri bu gün Ukraynanın Xarkov şəhərinin mərkəzinə zərbə endirib, ilkin məlumata görə 12 nəfər xəsarət alıb.

Moderator.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov məlumat verib.

Onun sözlərinə görə, Rusiya zərbəsi şəhərin Kiyev rayonunda yaşayış çoxmərtəbəli binasına düşüb.

Ümumilikdə, zərbə nəticəsində "əhəmiyyətli dağıntılar" var.

Link kopyalandı!
Son xəbərlər