Pilot təyyarəyə şərxoş mindi - 344 nəfər sərnişin...
Dünya
511
17:40, Bu gün

Pilot təyyarəyə şərxoş mindi - 344 nəfər sərnişin...

"Air India" sərnişin təyyarəsinin pilotu uçuşdan əvvəl spirtli içki qəbul edib.

Moderator.az xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb,

Bildirilib ki, 23 dekabrda Vankuver-Dehli reysi bu hadisə səbəbindən son anda təxirə salınıb və təyyarəyə başqa bir pilot gətirilib.

Kanada polisi tərəfindən Vankuver Beynəlxalq Hava Limanında aparılan iki nəfəs testi pilotun vəzifəyə yararsız olduğunu göstərib.

“Nəqliyyat Kanada” şirkəti “Air India”ya göndərdiyi məktubda hadisəni “ciddi məsələ” adlandıraraq, hakimiyyət orqanlarının sanksiyalar tətbiq edəcəyini bildirib.

Kanadanın nəqliyyat tənzimləyicisi həmçinin "Air India" ilə bağlı araşdırma aparılmasını tələb edib.

Sərxoş piloton idarə edəcəyi təyyarənin təxminən 344 sərnişin tutumuna malik Boeing 777 təyyarəsi olduğu bildirilib.

 

(Ölkə.az)

Link kopyalandı!
Son xəbərlər