İran edamla tarixə düşdü - Son 10 ilin ən yüksək göstəricisi
Dünya
1661
02 Jan 2026 | 17:31

İran edamla tarixə düşdü - Son 10 ilin ən yüksək göstəricisi

İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) 2025-ci ildə İranda insan haqlarının pozulması ilə bağlı 85 səhifəlik hesabat dərc edib.

Moderator.az xəbər verir ki, hesabata görə, ötən il İranda narkotik qaçaqmalçılığı, qətl, casusluq və təcavüz kimi cinayətlərə görə 1922 nəfər edam edilib. Bu da son 10 ildə ən yüksək edam sayı olub.

Həmçinin qeyd olunub ki, ötən il edam edilənlərin 87 faizi kişi, 3 faizi qadın olub. 10 faizinin isə cinsiyyətini müəyyən etmək mümkün olmayıb.

 

(Publika)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər