Türkiyə də daxil olmaqla 7 ölkə Fələstin üçün çağırış edib
Dünya
298
17:20, Bu gün

Türkiyə də daxil olmaqla 7 ölkə Fələstin üçün çağırış edib

Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri Qəzzadakı ağır humanitar vəziyyətlə bağlı birgə bəyanat yayıblar.

Moderator.az xəbər verir ki, bəyanatda İsrail işğalı altındakı Qəzza zolağında humanitar yardımın fasiləsiz şəkildə təmin edilməsi və Refah Sərhəd Keçid Məntəqəsinin iki istiqamətli açılması üçün çağırış edilib.

Nazirlər sərt hava şəraitinin, ərzaq və əsas ehtiyac çatışmazlığının, xüsusilə köçkünlər və həssas qruplar üçün vəziyyəti daha da ağırlaşdırdığını vurğulayıblar.

Həmçinin BMT qurumları, xüsusilə UNRWA və beynəlxalq humanitar təşkilatların fələstinli mülki əhaliyə dəstək səyləri təqdir edilib.

Link kopyalandı!
Son xəbərlər