Bizi sosial şəbəkələrdən izləyin:
Keniyanın paytaxtı Nayrobidə tikilməkdə olan çoxmərtəbəli bina uçub, nəticədə insanlar dağıntılar altında qalıb.
Moderator.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" məlumat yayıb.
Qeyd edilib ki, xilasetmə qrupları hazırda uçmuş 16 mərtəbəli binanın dağıntılarında axtarışlar aparırlar. Dağıntılar altında qalan insanların dəqiq sayı bilinmir.
Keniya hakimiyyəti hələlik uçmanın ehtimal olunan səbəbi barədə şərh verməyib.
Məlumata görə, bina uçqunları Nayrobidə tez-tez baş verən hadisədir, burada yaşamağa tələbat yüksəkdir və məsuliyyətsiz tikinti şirkətləri tez-tez inşaat normalarını pozurlar.