Bizi sosial şəbəkələrdən izləyin:
Qar fırtınası səbəbindən yüzlərlə avtomobili Rusiya-Gürcüstan sərhəddində qalıb.
Moderator.az xəbər verir kı, bu barədə "Teleqram" kanallarında qeyd edilib:
"Yuxarı Lars və Krestovı aşırımı yolları bütün nəqliyyat vasitələri üçün bağlıdır. Ərazidə qartəmizləyən maşınlar dayanmadan işləyir. Tıxacda qalanlar arasında ruslar, o cümlədən uşaqlı ailələr də var".
Bəzi turistlər hotel bronlaşdırdıqlarını və pul itirdiklərini bildiriblər. Sərhədin açılma tarixi açıqlanmayıb.
Bundan əvvəl Krasnodar diyarında minlərlə rusiyalının Yeni ili qatarlarda qeyd etdiyi bildirilirdi.