Uşaq acından öldü, ailəsi tutuldu
Dünya
175
15:10, Bu gün

Uşaq acından öldü, ailəsi tutuldu

İstanbulun Fatih rayonunda 3,2 kiloqram çəki ilə doğulan körpə 55 gün sonra 2 kiloqram çəkidə dünyasını dəyişib.
 
Dekabrın 30-da baş verən hadisədə Y.Y. adlı qadın 112 Təcili Zəng Mərkəzinə zəng edərək 2 aylıq körpəsinin nəfəs almadığını və hərəkətsiz olduğunu bildirib. Müayinə zamanı körpənin qarın nahiyəsində içə doğru çökmə olduğu müəyyən edilib.
 
Araşdırmalar zamanı ananın körpənin ölümündən təxminən 12 saat sonra 112-yə zəng etdiyi, son 3 gündür körpəni qidalandırmadığını dediyi və ailə üzvlərinin bir-birinə zidd ifadələr verdiyi üzə çıxıb.
 
Bunun ardınca ana Y.Y., onun nikahsız birlikdə yaşadığı və körpənin atası olduğu bildirilən B.Y., eyni evdə yaşayan nənə A.Y. və baba Y.E.Y. saxlanılıb. Şübhəlilər İstanbul Ədliyyə Sarayına aparılıb. Prokurorluqda ifadələri alındıqdan sonra növbətçi istintaq hakiminə təqdim edilən 4 nəfər “qəsdən adam öldürmə” cinayəti üzrə həbs edilib. /Lent.az/
 
Link kopyalandı!
Son xəbərlər