Türkiyədə polislərin şəhid olduğu anti-İŞİD əməliyyatı ilə bağlı 26 şübhəli tutuldu
Dünya
224
14:43, Bu gün

Türkiyədə polislərin şəhid olduğu anti-İŞİD əməliyyatı ilə bağlı 26 şübhəli tutuldu

Türkiyənin Yalova bölgəsində İŞİD terror təşkilatına qarşı keçirilən və 3 polis əməkdaşının şəhid olduğu əməliyyatla bağlı saxlanılan 42 şübhəlidən 26-sı həbs edilib.
 
Bu barədə Moderator.az DHA-ya istinadən xəbər verir.
 
Məlumata görə, hadisədən sonra şəhər daxilində eyni vaxtda keçirilən reydlər nəticəsində 42 şübhəli saxlanılıb. Beşi qadın olmaqla sağ olaraq ələ keçirilən şübhəlilər polis bölməsindəki prosedurlardan sonra Yalova məhkəməsinə göndəriliblər. Onların 26-sı məhkəmə tərəfindən həbs edilib, 16-sı isə polis nəzarəti şərti ilə sərbəst buraxılıb.
 
Xatırladaq ki, dekabrın 29-da Yalova bölgəsində Elmalık kəndinə gedən yolda təhlükəsizlik qüvvələri tərəfindən gecə saatlarında evlərdən birində anti-İŞİD əməliyyatı keçirilib.
 
Əməliyyat zamanı İŞİD terrorçuları polislərə atəş açıb və nəticədə üç polis - İlker Pehlivan (47 yaş), Turqut Külünk (50 yaş) və Yasin Koçyiğit (49 yaş) şəhid olub, səkkiz polis və bir mühafizəçi yaralanıb.
 
Həmin ünvanda olan 5 qadın və 6 uşaq xəsarət almadan təxliyə edilib, baş verən atışmada 6 terrorçu öldürülüb.
Link kopyalandı!
Son xəbərlər