Çin
Dünya
195
14:38, Bu gün

Çin "Starlink"in məlumatlarının terrorçuların əlinə keçə biləcəyindən narahatdır

Çin "SpaceX" şirkətinin qlobal "Starlink" peyk şəbəkəsini formalaşdırması və genişləndirməsi ilə bağlı ciddi narahatlığını ifadə edib.

Moderator.az xəbər verir ki, məlumatı "South China Morning Post" yayıb.

Nəşrin yazdığına görə, BMT Təhlükəsizlik Şurasının dekabrın 29-da Rusiyanın təşəbbüsü ilə keçirilən qeyri-rəsmi iclasında Çin nümayəndəsi bildirib ki, bu kommersiya peykləri onun ölkəsinin milli təhlükəsizliyinə təhlükə yaradır.

Diplomat belə peyk şəbəkələrinin sürətlə genişlənməsinin ciddi problemlərə yol açdığını vurğulayıb. O, nümunə kimi "Starlink" peyki ilə Çinin orbital stansiyası arasında qeydə alınmış bir neçə təhlükəli qarşılaşmanı, həmçinin orbitdəki peyklərdən birinin parçalanmasını göstərib.

O bildirib ki, "Starlink" sistemindən dəfələrlə hərbi kəşfiyyat üçün istifadə olunub və Pekin bu sistemin məlumatlarının terrorçu və separatçı qruplar üçün əlçatan olduğuna şübhə etmir. Çin hesab edir ki, kommersiya peyklərinin bu cür hərbi istifadəsi eskalasiyaya gətirib çıxarır və kosmosda silahlanma yarışı riskini artırır.

Link kopyalandı!
Son xəbərlər