Məşhur aktyorun qızı oteldə ölü tapıldı
Dünya
240
08:30, Bu gün

Məşhur aktyorun qızı oteldə ölü tapıldı

Amerikalı aktyor Tommi Li Consun qızı Viktoriya Kaliforniyadakı otellərin birində ölü tapılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə TMZ portalı mənbələrə istinadən məlumat yayıb.
 
Portalın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Viktoriyanın cəsədini yanvarın 1-i səhər saatlarında San-Fransiskodakı otellərin birində aşkar ediblər. Polisin portala dəqiqləşdirməsinə görə, əməkdaşlar meyitin tapılması ilə bağlı daxil olan məlumat əsasında saat 04:00 radələrində (Bakı vaxtı ilə təxminən 16:00-da) otelə gəliblər.
 
Hadisə yerinə məhkəmə-tibbi ekspertinin gəldiyi və araşdırma apardığı bildirilir.
 
Ölümün səbəbi hələlik məlum deyil.
 
Link kopyalandı!
Son xəbərlər