Bizi sosial şəbəkələrdən izləyin:
Astronomlar nadir səma hadisəsinin 2026-cı ilin əvvəlində müşahidə olunacağını bildirirlər.
Moderator.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının məlumatına görə, dekabrın sonuna doğru Venera və Mars Günəşə bucaq məsafəsi baxımından cəmi 2–3 dərəcə yaxınlaşacaq.
Qeyd olunur ki, yanvarın 7-nə keçən gecə bu iki planet Günəşlə demək olar ki, eyni xətt üzərində düzüləcək. Mütəxəssislərin fikrincə, məhz bu nadir planet düzülüşü tarixdə “Beytləhm ulduzu” kimi tanınan optik effekti xatırladacaq.
Astronomlar bildirirlər ki, bu cür səma hadisəsi sonuncu dəfə təxminən 7 il əvvəl qeydə alınıb və növbəti illərdə yenidən təkrarlanması nadir hal sayılır.