01:59
5°C
Bakı
Qana polisi özünü "peyğəmbər" elan etmiş Ebo Noyu saxlayıb.
Moderator.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Noy adlı şəxs ötən ilin avqustunda bəyan etmişdi ki, tanrı ona bəşəriyyəti üçillik daşqından xilas etmək üçün 10 müasir gəmi (Nuhun gəmisinin bənzəri) tikməyi əmr edib.
O əmin edirdi ki, daşqın Milad günü başlayacaq yağışlar nəticəsində baş verəcək. Miladda daşqın baş vermədikdə isə "peyğəmbər" iddia edib ki, onun duaları və üç həftəlik orucu tanrını fəlakəti təxirə salmağa razı salıb.