KİV: Finlandiyada saxlanılan gəmi Rusiyadan sanksiyaya məruz qalmış polad daşıyırmış
Dünya
129
01 Jan 2026 | 23:30

KİV: Finlandiyada saxlanılan gəmi Rusiyadan sanksiyaya məruz qalmış polad daşıyırmış

Finlandiyada Helsinki ilə Tallin arasında yerləşən sualtı telekommunikasiya kabelinin zədələnməsində şübhəli bilinərək saxlanılan gəmi Avropa İttifaqının (Aİ) sanksiyalarına məruz qalan Rusiya poladı daşıyıb.

Moderator.az xəbər verir ki, bu barədə "Euronews" telekanalına Finlandiya gömrük orqanlarından bildirilib.

"İlkin məlumatlar göstərir ki, yük Rusiya mənşəli polad məhsullarından ibarət olub və Rusiyaya qarşı tətbiq edilmiş genişmiqyaslı sanksiyalara tabedir", – deyə telekanal Finlandiya gömrüyünün açıqlamasını sitat gətirib.

Qurumdan bildirilib ki, ekspert qiymətləndirməsinə əsasən, konstruksiya poladı Aİ-nin sektor sanksiyalarına daxildir.

"Mövcud Aİ sanksiya qaydalarına uyğun olaraq sanksiya altında olan bu cür malların Avropa İttifaqına idxalı qadağandır. Biz hələ də Aİ sanksiya qanunvericiliyinin bu işə tətbiq olunmasını araşdırırıq", – deyə açıqlamada qeyd olunub.

Gömrük orqanları əlavə ediblər ki, vəziyyət aydınlaşdırılanadək polad müsadirə olunmuş vəziyyətdə qalacaq. Artıq sanksiyaların mümkün pozulması faktı üzrə ilkin istintaqa start verilib.

Xatırladaq ki, bir gün əvvəl Finlandiyanın hüquq-mühafizə orqanları Rusiyanın Sankt-Peterburq limanından İsrailin Hayfa limanına doğru hərəkət edən "Fitburq" yük gəmisini saxlayıblar. Hakimiyyət orqanlarının versiyasına görə, gəminin lövbəri Finlandiya körfəzində "Elisa" şirkətinə məxsus telekommunikasiya kabelini zədələyib.

Link kopyalandı!
Son xəbərlər