ABŞ-a iqamətgaha hücumla bağlı sübutlar təqdim olundu
Dünya
151
01 Jan 2026 | 23:00

ABŞ-a iqamətgaha hücumla bağlı sübutlar təqdim olundu

Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına edilən hücum cəhdi ilə bağlı əldə olunan sübutlar ABŞ tərəfinə təqdim olunub.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, vurulan pilotsuz uçuş aparatının yaddaşından çıxarılan məlumatlar hücumun birbaşa dövlət başçısının Novqorod vilayətində yerləşən iqamətgahını hədəflədiyini təsdiqləyib.

Nazirlik həmçinin açıqlayıb ki, hücum zamanı Ukraynanın Sum və Çerniqov vilayətlərindən ümumilikdə 91 PUA buraxılıb.

Qeyd edək ki, Rusiya Ukraynanın dekabrın 29-na keçən gecə Prezident Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına 91 ədəd PUA ilə hücum etdiyini bildirib. Ukrayna bu iddiaları rədd edib.

ABŞ kəşfiyyatı da hücumun Putinin iqamətgahına edildiyini təsdiqləyən heç bir əlamət olmadığını bildirib.

Link kopyalandı!
Son xəbərlər