Ukrayna NATO-ya üzv olmayacaq, Avropa İttifaqına üzvlükdə də problemlər olacaq.
Moderator.az TASR-a istinadən xəbər verir ki, bunu Slovakiyanın müdafiə naziri Robert Kalinyak deyib.
Onun sözlərinə görə, Ukraynaya yardım edən "istəklilər koalisiyası" ölkələri bu istiqamətdə ciddi heç bir addım atmayıblar.
"Onlar əsgər göndərdilərmi? Əlbəttə ki, yox", – Kalinyak bildirib və əlavə edib ki, Ukraynanın 2022-ci ildə Rusiya ilə müharibəni bitirmək imkanı olub.
Nazir vurğulayıb ki, ümumi Avropa ordusunun yaradılması yalnız NATO üzvlüyü olmadığı halda məntiqli addım ola bilər.
O həmçinin qeyd edib ki, Avropa İttifaqı ümumi müdafiəyə qarışmamalıdır, çünki müdafiəni yalnız Şimali Atlantika Alyansı idarə etməlidir. İki ayrı komandanlıq müdafiəni təmin edə bilməz.
"Ya biz NATO-dayıq və onda Avropa ordusuna ehtiyac yoxdur, ya da Avropadayıq", – Kalinyak əlavə edib.