Varşava aeroportunda üzərində radiosiqnalları boğan cihaz olan Ukrayna vətəndaşı saxlanılıb
Dünya
268
01 Jan 2026 | 22:30

Varşava aeroportunda üzərində radiosiqnalları boğan cihaz olan Ukrayna vətəndaşı saxlanılıb

23 yaşlı Ukrayna vətəndaşı İlya S. Varşava hava limanında radiosiqnalları boğmaq üçün nəzərdə tutulmuş cihazla saxlanılıb.

Moderator.az bu barədə "Rzeczpospolita" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, o, Milad bayramlarının ikinci günü saxlanılıb. Bir gün sonra məhkəmə İlya S.-in barəsində həbs qətimkan tədbiri seçib.

Şübhəli şəxsə "hava hərəkətinin təhlükəsizliyinə təhdid yaradan hərəkətlərə cəhd" ittihamı irəli sürülüb.

Ukrayna vətəndaşı öz təqsirini etiraf etməyib və onun ifadələri hələlik toplanmış sübutlarla təsdiqlənmir.

İstintaq müsadirə olunan cihazın hava limanının və ya təyyarə sistemlərinin işini pozmaq üçün istifadə edilə bilib-bilmədiyini yoxlayır.

Link kopyalandı!
Son xəbərlər