Gürcüstan və Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlandı
Dünya
265
01 Jan 2026 | 21:50

Gürcüstan və Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlandı

Gürcüstan-Rusiya sərhədinə aparan yolda (Yuxarı Lars gömrük-keçid məntəqəsi) bütün növ nəqliyyat vasitələrinin hərəkəti qar uçqunu təhlükəsi səbəbindən qadağan edilib.

Moderator.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə ölkənin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Nəqliyyatın hərəkətinə qoyulan qadağa beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri (Posta) - Kobi hissəsində qüvvədədir.

Hərbi Gürcüstan yolu kimi tanınan Mtsxeta-Stepantsminda-Lars magistralı hazırda Gürcüstan və Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur.

Kazbeqi - Yuxarı Lars gömrük-keçid məntəqəsi isə bu gün Gürcüstan-Rusiya quru sərhədində fəaliyyət göstərən yeganə buraxılış məntəqəsidir.

Link kopyalandı!
Son xəbərlər