22:49
5°C
Bakı
Rusiya ABŞ-a Ukraynaya məxsus PUA-dan əldə olunan məlumatların deşifrə olunmuş materiallarını təqdim edib. Bu materiallar 29 dekabr 2025-ci ildə Ukrayna pilotsuz aparatlarının hücumunun son hədəfinin Rusiyanın Novqorod vilayətində yerləşən prezident iqamətgahına aid obyektlərdən biri olduğunu təsdiqləyir.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
"29 dekabr 2025-ci il gecəsi Rusiya prezidentinin iqamətgahına terror hücumu zamanı Novqorod vilayəti üzərində Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan Ukrayna PUA-sının marşrutlaşdırma məlumatlarının və idarəedicisinin transkriptləri Moskvadakı ABŞ səfirliyindəki Müdafiə Attaşeliyi Ofisinin nümayəndəsinə verilib", - məlumatda deyilir.