Finlandiyada rabitə kanalını zədələdiyinə görə gəmi heyətinin iki üzvü həbs edildi
Dünya
149
21:17, Bu gün

Finlandiyada rabitə kanalını zədələdiyinə görə gəmi heyətinin iki üzvü həbs edildi

Finlandiya polisi Tallin və Helsinki arasında "Elisa" sualtı telekommunikasiya kabelinə zərər vurmaqda şübhəli bilinən "Fitburg" gəmisinin heyətinin iki üzvünü həbs edib.

Moderator.az bu barədə "Yle" telekanalına istinadən xəbər verir.

Məlumata görə, yük gəmisinin daha iki heyət üzvünün ölkədən çıxışına qadağa qoyulub.

"Gəmidə araşdırmalar aparılıb, heyət dindirilib. Hazırda biz vəziyyəti və heyətin rolunu qiymətləndiririk. Heyət əməkdaşlıq edir, bu da vəziyyətin həllinə kömək edir", - deyə Milli İstintaq Bürosunun komissarı Risto Lohi bildirib.

Sent-Vinsent və Qrenadin bayrağı altında üzən gəminin heyəti 14 nəfərdən ibarətdir - bunlar Rusiya, Gürcüstan, Azərbaycan və Qazaxıstan vətəndaşlarıdır. Kapitanın vətəndaşlığı barədə məlumat verilmir.

Link kopyalandı!
Son xəbərlər