23:43
5°C
Bakı
Türkiyənin paytaxtı Ankaranın Beypazarı rayonunda canavarlar peyda olublar.
Moderator.az bu barədə "Hürriyet" qəzetinə istinadən xəbər verir.
Rayon Zafer məhəlləsinin sakinləri gecə saatlarında küçələrdə dolaşan iki canavarı görüblər.
Hesab edilir ki, heyvanlar öz yaşayış ərazilərində kifayət qədər bəslənmədiklərinə görə insan məskənlərinə qədər gedib çıxıblar.