2026-cı ildə ümumi daxili məhsulun (ÜDM) artım tempi 6%-dən çox olan, ən sürətlə inkişaf edən iqtisadiyyatların əksəriyyətini Afrika qitəsinin ölkələri təşkil edəcək.
Moderator.az-ın məlumatına görə, bu barədə Africanews telekanalı Beynəlxalq Valyuta Fonduna (BVF) istinadən məlumat yayıb.
Ruanda, Uqanda və ya Efiopiya kimi ölkələrdə artım tempi 7%-i keçəcək, Cənubi Sudan və Qvineya isə neft və mineral xammalının hasilatı bumuna görə ikiqat rəqəmli ÜDM artımına nail olacaq. Eyni zamanda, BVF ekspertlərinin fikrincə, Afrika qlobal istiləşmənin nəticələri, siyasi qeyri-sabitlik və yüksək xarici borc kimi mənfi amillərin təsirinə diqqət yetirməlidir.
2026-cı ildə qitə ölkələri kreditorlara, demək olar, 95 milyard dollar ödəməli olacaqlar. Keniya kimi ölkələr xarici borcun ödənilməsinə büdcə vəsaitlərinin 20%-ə qədərini yönəltməli olacaq. Xarici investisiyaların axınına baxmayaraq, bəzi ölkələr, məsələn, Mərkəzi Afrika Respublikas planetdə ən az elektrikləşdirilmiş ölkələr arasında qalacaq.