Ukrayna və Moldova rəsmən Aİ-nin rouminq zonasına daxil olub
Dünya
257
19:30, Bu gün

Ukrayna və Moldova rəsmən Aİ-nin rouminq zonasına daxil olub

Ukrayna və Moldova rəsmi olaraq Avropa İttifaqının (Aİ) rouminq zonasına daxil olub.

Moderator.az-ın məlumatına görə, Avropa Komissiyası 2026-cı il yanvarın 1-də Aİ Şurasının Ukraynanın Aİ-nin rouminq zonasına daxil edilməsi ilə bağlı tənzimləmə təklifini qəbul etdiyini açıqlayıb.

Belə ki, 1 yanvar 2026-cı ildən etibarən Ukrayna və Moldova vətəndaşları əlavə xərclər olmadan öz milli operatorlarından 27 Aİ ölkəsində zənglər edə, SMS göndərə və mobil internetdən istifadə edə biləcəklər.

Oxşar şərtlər Avropa İttifaqı ölkələrindən olan abunəçilər üçün Ukrayna və Moldovada olarkən də tətbiq ediləcək. Eyni zamanda, Avropa İttifaqının digər ölkələrin operatorlarına məxsus nömrələr üçün rouminq şərtləri və tələbləri Moldova və Ukraynaya da şamil olunacaq.

Link kopyalandı!
Son xəbərlər