Türkiyədən Çinə böyük jest
Dünya
206
18:45, Bu gün

Türkiyədən Çinə böyük jest

Türkiyə Çin vətəndaşları üçün viza tələbini birtərəfli qaydada ləğv edib.

Moderator.az Çin mediasına istinadla xəbər verir ki, yanvarın 2-dən qüvvəyə minəcək qərara əsasən, Çin vətəndaşları ümumvətəndaş pasportu ilə turizm və tranzit məqsədilə Türkiyəyə vizasız səyahət edə biləcəklər. Onlar 180 günlük zaman intervalında 90 günədək Türkiyədə qala bilərlər.

Qeyd edək ki, Türkiyəyə səyahət edən xarici turistlər arasında çinlilərin sayında böyük artım var. 2024-cü ildə Türkiyəyə səfər edən Çin turistlərinin sayı əvvəlki illə müqayisədə 65 faiz çoxalaraq 410 min nəfərə çatıb.

Link kopyalandı!
Son xəbərlər