Ukrayna Kremlin 500 min dollarını ələ keçirdi – Putinin düşməni ölməyibmiş
Ekskluziv
361
17:50, Bu gün

Ukrayna Kremlin 500 min dollarını ələ keçirdi – Putinin düşməni ölməyibmiş

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) Rusiya könüllü dəstələrinin komandiri Denis Kapustinin sağ olduğunu açıqlayıb.

Moderator.az Ukrayna Teleqram kanallarına istinadən xəbər verir ki, BKİ-un yaydığı məlumata görə, bir aydan çox davam edən kompleks xüsusi əməliyyat nəticəsində Kapustinin həyatı qorunub. Bildirilir ki, Rusiya prezidenti Vladimir Putin Kapustini şəxsi düşməni hesab edir və onun fiziki məhv edilməsi üçün Rusiya xüsusi xidmət orqanları tərəfindən 500 min dollar məbləğində mükafat təyin olunub.

Ukrayna kəşfiyyatı iddia edir ki, Kapustinin “zərərsizləşdirilməsi” ilə bağlı yayılan məlumatlar dezinformasiya xarakteri daşıyıb və əməliyyat çərçivəsində həm sifarişçilərin – Rusiya xüsusi xidmət strukturlarında olan şəxslərin, həm də icraçıların kimliyi müəyyən edilib. Açıqlamada vurğulanır ki, Kapustinin “zərərsizləşdirilməsi” ilə bağlı rəsmi məlumatlar qəsdən yayılıb və aldadıcı olub. BKİ bildirir ki, əməliyyat nəticəsində mükafat ələ keçirilib və vəsait Ukrayna xüsusi təyinatlı bölmələrinin gücləndirilməsi üçün istifadə ediləcək.

Qeyd olunur ki, Rusiyanın ən məşhur komandirlərindən biri olan Kapustinin sağ qalması və əməliyyatın uğurla başa çatması Ukrayna kəşfiyyatının strateji planlarının həyata keçirilməsi baxımından əhəmiyyətli hesab olunur.

Qeyd edək ki, bir neçə gün əvvəl bəzi Rusiya və beynəlxalq media orqanlarında Denis Kapustinin öldürüldüyü barədə xəbərlər yayılmışdı. Hazırda tərəflərin verdiyi məlumatlar bir-birini təkzib edir.

Link kopyalandı!
Son xəbərlər