Yəmənin şərqində separatçılar mövqelərini hökumətyönlü qüvvələrə təhvil verməyə başladılar
Dünya
190
17:40, Bu gün

Yəmənin şərqində separatçılar mövqelərini hökumətyönlü qüvvələrə təhvil verməyə başladılar

Cənub Keçid Şurası (CKŞ) komandanlığı öz döyüşçülərinin "Vətən Qalxanı"adlanan hökumət qüvvələrinə inteqrasiyası prosesinin başladığını elan edib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə CKŞ təmsilçisi sözçüsü polkovnik-leytenant Məhəmməd ən-Nakib AIC telekanalında dərc olunmuş müraciətində deyib.

Ən-Nakib bu addımı "ərazi təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əldə edilmiş nailiyyətləri qoruyub saxlamaq məqsədi" daşıdığını bildirib. O qeyd edib ki, bu gündən silahlı qüvvələrə həvalə edilmiş vəzifə və tapşırıqları yerinə yetirmək üçün onların "Vətən Qalxanı"na inteqrasiyası prosesinə başlanılıb.

Ən-Nakibin sözlərinə görə, "Vətən Qalxanı"nın ilk briqadası artıq Hadramaut əyalətinin Tamud rayonuna yerləşdirilib və yaxın vaxtlarda Rama rayonundakı mövqeləri, eləcə də Hadramaut və Əl-Mahradakı bəzi obyektləri hökumət qüvvələrinə təhvil verəcəyi gözlənilir.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi Cənub Keçid Şurasından olan separatçıların Yəmənin şərqindəki Hadramaut və Əl-Mahra əyalətlərinə nəzarəti bərqərar etməsindən sonra ölkədə vəziyyət gərginləşib.

Link kopyalandı!
Son xəbərlər