İsveçrə prezidenti Yeni il müraciətini təxirə saldı
Dünya
288
16:47, Bu gün

İsveçrə prezidenti Yeni il müraciətini təxirə saldı

Yanvarın 1-də vəzifəsinin icrasına başlayan İsveçrə Prezidenti Gi Parmelen Kran-Montan kurortunda onlarla insanın həyatına son qoyan faciəyə görə xalqa Yeni il müraciətini təxirə salıb.

Moderator.az xəbər verir ki, bu barədə RTS televiziya şəbəkəsi G.Parmelinin nəzarətində olan iqtisadiyyat nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, prezident bu günə planlaşdırılan ənənəvi çıxışını təxirə salıb. Qeyd olunur ki, bununla o, Kran-Montanda baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinin iztirablarına və kədərinə ehtiramını ifadə edib.

Link kopyalandı!
Son xəbərlər