Kran suyundan kütləvi zəhərlənmə - Çox sayda ölən var
1426
01 Jan 2026 | 16:30

Kran suyundan kütləvi zəhərlənmə - Çox sayda ölən var

Hindistanın İndor şəhərində kran suyundan kütləvi zəhərlənmə olub, azı 13 nəfər ölüb.

Moderator.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, təxminən 1 300 nəfər içməli sudan zəhərlənib. Şəhərdəki müxtəlif xəstəxanalarda yüzlərlə sakin ağır vəziyyətdədir. Yerli rəsmilər ölüm hallarının artacağını istisna etmirlər. Ölənlər arasında altıaylıq körpə və qadınlar da var.

Hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradılıb. Hökumət qanun pozuntusuna görə sərt tədbirlər görüləcəyini bəyan edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər