İsveçrədə baş verən partlayışda azı 40 nəfər ölüb: Yüzdən çox yaralı var
Dünya
250
13:47, Bu gün

İsveçrədə baş verən partlayışda azı 40 nəfər ölüb: Yüzdən çox yaralı var

Xəbər verdiyimiz kimi, İsveçrənin məşhur xizək kurortu Kran-Montanada Yeni il şənliyi faciə ilə nəticələnib.
 
Moderator.az "Le Nouvelliste" qəzetinə istinadən xəbər verir ki, xizək kurortunda yerləşən barda baş verən partlayış və yanğın nəticəsində təxminən 40 nəfər ölüb.
 
Nəşrin məlumatına görə, faciə zamanı 100 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
 
Hadisə yerinin ətrafı tamamilə mühasirəyə alınıb, yaşayış məntəqəsi üzərində uçuşlara qadağa tətbiq edilib.
 
"Badener Tagblatt" qəzeti isə bildirir ki, hazırda İsveçrənin qərbində yerləşən xəstəxanalar həddindən artıq yüklənib.
 
Qeyd edək ki, kurortda yanğın və güclü partlayış gecə saatlarında, insanların Yeni ili qeyd etdiyi vaxt baş verib. "Le Constellation" barının zirzəmi hissəsində partlayış baş verib, bundan sonra alov sürətlə bütün binaya yayılıb.
 
Link kopyalandı!
Son xəbərlər