İsveçrədə dağ xizəyi kurortunda yanğın: Ölənlər və xəsarət alanlar var
Dünya
121
11:23, Bu gün

İsveçrədə dağ xizəyi kurortunda yanğın: Ölənlər və xəsarət alanlar var

İsveçrənin məşhur xizək kurortu Kran-Montanada Yeni il şənliyi faciə ilə nəticələnib.
 
Moderator.az xəbər verir ki, "Mirror" nəşrinin məlumatına görə, Le Constellation adlı barda baş verən yanğın nəticəsində ölənlər var, bir neçə nəfər isə xəsarət alıb.
 
Yerli KİV-lərin yazdığına görə, yanğın yerli vaxtla saat 01:30 radələrində başlayıb. Hadisə zamanı binanı tüstü bürüyüb, əraziyə çoxsaylı yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.
 
İlkin məlumatlara əsasən, yanğın Yeni il gecəsi keçirilən şənlik zamanı baş verib. Zərərçəkənlərin dəqiq sayı hələlik açıqlanmayıb, xəsarət alanların bəzilərinin vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
Hadisə ilə bağlı İsveçrə hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Yanğının başvermə səbəbləri və təhlükəsizlik qaydalarına əməl olunub-olunmadığı araşdırılır.
 
Rəsmilər əlavə məlumatların araşdırma yekunlaşdıqdan sonra açıqlanacağını bildiriblər.
Link kopyalandı!
Son xəbərlər