Bizi sosial şəbəkələrdən izləyin:
Tədqiqatçılar 2026-cı ildə nəhəng vulkanın püskürməsi barədə xəbərdarlıq ediblər.
Bu barədə "IFLScience" məlumat yayıb.
Məlumata görə, alimlər Oreqon (ABŞ) sahillərində Sakit okeanın dəniz dibində yerləşən nəhəng Aksial vulkanının il ərzində püskürəcəyini proqnozlaşdırırlar.
Onlar bu qənaətə okean dibinin hərəkəti, yerli seysmik aktivlik və vulkanın səth sahəsinin zamanla artması nəticəsində gəliblər.
Lakin vulkanın püskürməsinin dəqiq vaxtı sirr olaraq qalır. Texnologiya və fərziyyələr inkişaf etdikcə, alimlər fiziki prinsiplərə əsaslanan yeni modelin əvvəlki proqnozlardan daha dəqiq olacağına ümid edirlər. /oxu.az/