00:49
5°C
Bakı
İranda etirazlar 4-cü gündür davam edir.
Moderator.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Tehranda baş qaldıran etirazlar artıq əksər şəhərləri əhatə edir. Xalq küçələrə axışaraq rejimə nifrətini bildirir.
Molla rejimi isə aksiyaları güc tətbiq etməklə dağıtmağa çalışır, silah tətbiq edir. Hətta bu gün bir nəfər etirazçı polis tərəfindən güllələnib. Bundan sonra etirazçılarla polis qüvvələri arasında toqquşmalar şiddətlənib. Etirazçılar polisin nəqliyyat vasitəsini yararsız hala salıblar.
Qeyd edək ki, Tehranda başlayan etirazların fonunda İran Mərkəzi Bankının sədri Mohammad Farzin və İran prezidentinin siyasi məsələlər üzrə müavini Mehdi Sənayi istefa veriblər.
(Lent.az)