Rusiyadan Xəzəryanı bölgələrlə bağlı mühüm açıqlama: 2026-cı ildə 5 ölkə ilə…
Dünya
291
31 Dec 2025 | 23:01

Rusiyadan Xəzəryanı bölgələrlə bağlı mühüm açıqlama: 2026-cı ildə 5 ölkə ilə…

Rusiya 2026-cı ildə Xəzəryanı beş dövlətə, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanla dostluğun, tərəfdaşlığın və mehriban qonşuluq ruhunun möhkəmlənməsini arzuladığını bəyan edib.

Moderator.az xəbər verir ki, bu barədə Putinin xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Udoviçenko deyib.

“Qoy 2026-cı il Xəzəryanı beş ölkə arasında dostluğun, tərəfdaşlığın və əməkdaşlığın möhkəmlənməsi ilə yadda qalsın, etimad və mehriban qonşuluq ruhu isə ölkələrimizin və xalqlarımızın rifahının əsasına çevrilsin”, — deyə Udoviçenko bildirib.

O, əlavə edib ki, Rusiya qarşılıqlı hörmətə və ümumi rifaha canatma prinsipinə əsaslanan Xəzəryanı “beşlik” ölkələri arasında əməkdaşlığı yüksək qiymətləndirir.

 

(Globalinfo)

Link kopyalandı!
Son xəbərlər