Türkiyədə nadir tapıntı: İsa Məsih belə təsvir olundu
Dünya
305
31 Dec 2025 | 21:41

Türkiyədə nadir tapıntı: İsa Məsih belə təsvir olundu

Türkiyənin İznik şəhərində aparılan arxeoloji qazıntılar zamanı Hisardərə nekropolunda erkən xristian dövrünə aid freska aşkar edilib.

Moderator.az xəbər verir ki, Freskada İsa Məsih Xeyirxah Çoban obrazında təsvir olunub.

Tapıntı III əsrə aid edilir.

Mütəxəssislərin fikrincə, bu freska Anadolu ərazisi üçün unikal sayılır. Təsvirə əsasən, İsa gənc, saqqalsız halda və qucağında bir keçi ilə əks olunub.

Araşdırmaçılar bunu Məsihin məlum olan ən erkən təsvirlərindən biri kimi qiymətləndirirlər.

 

(Globalinfo)

Link kopyalandı!
Son xəbərlər