Tayvanı Çinlə yenidən birləşdirəcəyəm - Si Cinpin söz verdi
Dünya
342
19:48, Bu gün

Tayvanı Çinlə yenidən birləşdirəcəyəm - Si Cinpin söz verdi

Çin Xalq Respublikasının Sədri Si Cinpin Tayvanı Çinlə yenidən birləşdirəcəyinə söz verib.

Çin Mərkəzi Televiziyasının məlumatına görə, Si Cinpin bunu Yeni il müraciətində bildirib.

O, Çinin Tayvanla yenidən birləşməsini tarixi zərurət adlandırıb.

Si Cinpin vurğulayıb ki, Çin "Bir ölkə, iki sistem" siyasətini qətiyyətlə həyata keçirməli və Honkonq ilə Makaonun ölkənin ümumi inkişafına inteqrasiyasını dəstəkləməlidir.

Link kopyalandı!
Son xəbərlər