Türkiyədə 3 çoban qar uçqununa düşdü, birinin meyiti tapıldı – YENİLƏNİB
Dünya
247
19:37, Bu gün

Türkiyədə 3 çoban qar uçqununa düşdü, birinin meyiti tapıldı – YENİLƏNİB

Türkiyədə qar uçqununa düşən 3 çobandan 1-nin cəsədi tapılıb.

Moderator.az xəbər verir ki, digər 2 çobanla əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.

**

Türkiyənin Artvin vilayəti Aksu yaylağında səhər saatlarında qar uçqunu baş verib.

Moderator.az xəbər verir ki, yaylaqda olan 6 çobandan 3-ü uçqun altında qalıb.

Sərt qış şəraiti və qalın qar örtüyü səbəbindən yaylağa gediş-gəlişin çətin olduğu, bu səbəbdən də xilasetmə qruplarının bölgəyə çatdırılması istiqamətində işlərin davam etdiyi bildirilir.

Link kopyalandı!
Son xəbərlər