22:56
8°C
Bakı
Rusiyanın cənubunda sərnişin qatarı yarım gündən çoxdur ki, yolda qalıb.
Moderator.az xəbər verir ki, bu barədə "Telegram" kanallarından biri sərnişinlərə istinadən məlumat yayıb.
Məlumata görə, Rostov-Mineralnıye Vodı qatarı 12 saatdan çoxdur ki, hərəkət etmir.
Sərnişinlər bildirirlər ki, 210SC nömrəli qatar yerli vaxtla səhər saat 3:00 radələrində Kavkazskaya stansiyası yaxınlığında dayanıb. Qatarda elektrik yoxdur və tualetlər işləmir.
"Heç kim heç nə demir", - iki azyaşlı uşağı olduğunu bildirən sərnişin söyləyib.
(Publika)