Tanınmış türkiyəli sənətçi avtomobili ilə restorana çırpıldı - VİDEO
Dünya
182
18:56, Bu gün

Tanınmış türkiyəli sənətçi avtomobili ilə restorana çırpıldı - VİDEO

"Moğollar" qrupunun üzvü, məşhur türkiyəli sənətçi Cahit Berkay İstanbulun Esenyurt rayonunda avtomobili ilə restorana çırpılıb.

Moderator.az bu barədə İHA-ya istinadən xəbər verir.

Məlumata görə, sənətçi öz avtomobili ilə hərəkət edərkən qəfildən idarəetməni itirib və yol kənarındakı restorana çırpılıb. Cahit Berkay qəzadan yüngül xəsarətlərlə xilas olub və müayinə üçün xəstəxanaya aparılıb.

Restorana isə ciddi ziyan dəyib.

Hadisə ilə bağlı araşdırma başlayıb.

 

Link kopyalandı!
Son xəbərlər