Müharibədən sonra Hindistan və Pakistan arasında ilk yüksək səviyyəli təmas olub
Dünya
195
18:37, Bu gün

Müharibədən sonra Hindistan və Pakistan arasında ilk yüksək səviyyəli təmas olub

Bu il may ayında 87 saat davam edən müharibədən sonra Hindistan və Pakistan arasında ilk yüksək səviyyəli təmas olub.

Bu gün Pakistan Milli Assambleyanın spikeri Ayaz Sadiq Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarla Dəkkədə Banqladeşin ilk qadın baş naziri olmuş Begüm Xalidənin dəfn mərasimində bir-birinin əlini sıxıb.

Pakistan Milli Assambleyasının yaydığı məlumatda bildirilib ki, Cayşankar Sadiklə təkcə əl sıxmayıb, eyni zamanda özünü təqdim edərək spikeri tanıdığını bildirib.

Açıqlamada vurğulanır ki, bu qarşılıqlı təmas 2025-ci ilin mayında baş vermiş Pakistan–Hindistan münaqişəsindən sonra Hindistan tərəfindən təşəbbüs göstərilən ilk mühüm yüksək səviyyəli əlaqə olub.

Pakistan Milli Assambleyasının məlumatında qeyd edilir ki, İslamabad dialoqun və əməkdaşlığın, o cümlədən Pahalqamda iddia olunan təxribatla bağlı sülh danışıqları və birgə araşdırmaların aparılmasının vacibliyini ardıcıl şəkildə vurğulayaraq, gərginliyin qarşısının alınmasına çağırır.

 

(Apa)

Link kopyalandı!
Son xəbərlər