FTB sabiq olimpiyaçının 40 milyonluq kolleksiyasını müsadirə etdi
Dünya
198
18:29, Bu gün

FTB sabiq olimpiyaçının 40 milyonluq kolleksiyasını müsadirə etdi

Federal Təhqiqat Bürosu (FTB) Meksika hakimiyyəti ilə birlikdə Valentino Rossi, Xorxe Lorenzo və Mark Markesə məxsus unikal nümunələr də daxil olmaqla, “MotoGP” yarış motosikletlərinin şəxsi kolleksiyasını müsadirə edib.

Moderator.az xəbər verir ki, bu barədə “RacingNews365” məlumat verib.

Təxminən 40 milyon dollar dəyərində olan kolleksiya, 2002-ci il Solt Leyk Siti Oyunlarında Kanada adından yarışan və hazırda FTB tərəfindən beynəlxalq narkotik qaçaqmalçılığının və çoxsaylı qətllərin təşkili ittihamları ilə axtarışda olan keçmiş Olimpiya snoubordçusu Rayan Ueddinqə məxsus idi.

Meksikada Ueddinqlə əlaqəli bir neçə mülkdə aparılan axtarışlar zamanı təxminən 62 motosiklet, o cümlədən Xorxe Lorenzo və Andrea Doviziosoya məxsus “Ducati MotoGP” motosikletləri, 2011-2012 mövsümlərinə aid iki “Valentino Rossi” avtomobili və Mark Markesin karyerasının əvvəllərindən qalma bir Moto2 motosikleti müsadirə edilib. Digər nadir “Honda” və “Kawasaki” motosikletləri də tapılıb.

Cinayətkar qrupun əvvəllər 13 milyon dollar dəyərində nadir 2002-ci il buraxılışlı “Mercedes-Benz CLK-GTR” avtomobili, narkotik, sursat və ehtimal ki, Olimpiya medalları da daxil olmaqla digər lüks əşyaları müsadirə edilmişdi.

FTB və ABŞ Dövlət Departamenti silahlı və təhlükəli hesab edilən Ueddinqin həbsinə səbəb olan məlumata görə 15 milyon dollara qədər mükafat təklif edir.

 

(Publika)

Link kopyalandı!
Son xəbərlər