Daha bir ölkədə uşaqların sosial şəbəkələrdən istifadəsi QADAĞAN EDİLƏCƏK
Dünya
320
17:59, Bu gün

Daha bir ölkədə uşaqların sosial şəbəkələrdən istifadəsi QADAĞAN EDİLƏCƏK

Fransa 2026-cı il sentyabrın 1-dən etibarən 15 yaşdan kiçik yeniyetmələrin sosial şəbəkələrdən istifadəsini qadağan etməyi planlaşdırır.

Moderator.az “Franceinfo” nəşrinə istinadən xəbər verir ki, müvafiq qanun layihəsi artıq parlamentə daxil olub.

Sənədin parlamentdə müzakirəsinin yanvarın əvvəlində başlanacağı gözlənilir.

Portalın məlumatına görə, qanun layihəsində həmçinin orta məktəblərdə mobil telefonlardan istifadənin tam qadağan olunması da təklif edilir. Nəşrin mənbələri bildiriblər ki, sənəd “Avropa qanunvericiliyinə uyğun şəkildə” hazırlanıb.


Qanun layihəsində qeyd olunur ki, çoxsaylı tədqiqat və hesabatlar yeniyetmələrin rəqəmsal mühitdə həddindən artıq vaxt keçirməsi ilə bağlı müxtəlif riskləri təsdiqləyir. Hökumət bu risklər sırasında “uyğunsuz məzmunun təsiri”, bullinq və yuxu rejiminin pozulmasını göstərir.

Xatırladaq ki, Fransada 2018-ci ildən etibarən məktəbəqədər təhsildən orta məktəb səviyyəsinədək dərs vaxtı mobil telefonlardan istifadə qadağan edilib. Lakin bu qaydanın icrasına nəzarət yetərli səviyyədə deyil.

Qeyd edək ki, dekabrın əvvəlində Avstraliya dünyada ilk dəfə olaraq 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edib. Facebook, Instagram və TikTok da daxil olmaqla əsas platformalar yetkinlik yaşına çatmayanların hesablarını silməyə məcburdur.


Tələblərə əməl olunmadığı halda cərimələr 74 milyon Avstraliya dollarına qədər çata bilər.

 

(bizim media)

Link kopyalandı!
Son xəbərlər