ABŞ açıqladı: Ukraynanın yeni prezidenti o olacaq: Qanlı durğunluq yaranacaq
Dünya
245
17:55, Bu gün

ABŞ açıqladı: Ukraynanın yeni prezidenti o olacaq: Qanlı durğunluq yaranacaq

Valeri Zalujnı 2026-cı ildə Ukrayna prezidenti ola bilər.

Moderator.az xəbər verir ki, belə iddia ilə "Washington Post" qəzetinin köşə yazarı David İqnatius çıxış edib.

Onun fikrincə, əgər Vladimir Zelenski istefa verərsə, "milli birlik" hökumətinə keçmiş baş komandan rəhbərlik edəcək.

İqnatius hesab edir ki, münaqişə bitməyəcək, əksinə "qanlı bir durğunluğa" çevriləcək. O, həmçinin Ukrayna dəniz dronlarının "Rusiyanın kölgə donanmasına zərbə endirməsi" də daxil olmaqla, ciddi eskalasiyaların baş verə biləcəyini və bunun enerji ixracını azaldacağını proqnozlaşdırır.

Köşə yazarı sülh müqaviləsinin Ukraynanın ərazi güzəştinə gedəcəyi və NATO-dan imtina edəcəyi şərtlər altında imzalanacağına inanmır. O, həmçinin Ukraynanın Kremlə raket zərbəsi endirməsi və ya Rusiya ordusunun Dneprə yaxınlaşması ehtimalını da istisna edir.

 

(Publika)

Link kopyalandı!
Son xəbərlər