ABŞ-da qətl: Erməni vəkili qardaşı güllələdi
1408
31 Dec 2025 | 16:41

ABŞ-da qətl: Erməni vəkili qardaşı güllələdi

Los-Ancelesdə vətəndaş hüquqları üzrə vəkil, 33 yaşlı erməni Krikor Koyumcyan şənbə günü saat 13:45 radələrində North Hills məhəlləsindəki evdə kiçik qardaşı tərəfindən güllələnərək öldürülüb.

Moderator.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.

Bildirilir ki, polis atəş səslərindən sonra “9000 Noble” prospektindəki evə gəlib. Təcili yardım maşını gəlib, lakin Koyumcyan hadisə yerində ölüb. Şübhəli, onun kiçik qardaşı hadisə yerində həbs edilib.

Mərhumun dostu və həmkarı Haderlein deyib: "Onun qardaşı və ya atası haqqında yaxşı bir şey deyə bilmərəm. O, tamamilə qurban idi. Buna layiq deyildi. Sadəcə bu hərəkətə görə utanmalıdırlar”.

Qardaşlar arasında ölümcül mübahisənin səbəbi hələ müəyyən edilməyib. Haderlein qeyd edib ki, "Ailə üzvləri arasında baş verən silahlı zorakılıq təsvir edilə bilməyən bir faciədir".

Polis araşdırmalarını davam etdirir.

 

(Publika)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər