Bizi sosial şəbəkələrdən izləyin:
Tailand sərhəd münaqişəsi zamanı iyul ayında əsir götürülən 18 hərbçini Kambocaya təhvil verib.
Moderator.az xəbər verir ki, bu barədə Tailand Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"18 Kamboca hərbçisinin ölkələrinə qaytarılması xoşməramlılıq və etimadın qurulması əlamətidir. Proses beynəlxalq humanitar prinsiplərə uyğun olaraq həyata keçirilib", - deyə XİN-dən bildirilib.
Qeyd edək ki, Kamboca və Tailand iki ölkənin Baş Sərhəd Komitəsinin üçüncü xüsusi iclasından sonra dekabrın 27-də atəşkəs barədə razılığa gəliblər.