Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-nin Kaliforniya ştatının şimalında 5 bal gücündə zəlzələ qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Çiko şəhərindən 135 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
İtki və dağıntı barədə məlumat verilməyib.