KİV: Netanyahu və Tramp HƏMAS-ın tərksilahı üçün iki aylıq müddət müəyyən ediblər
Dünya
177
30 Dec 2025 | 23:37

KİV: Netanyahu və Tramp HƏMAS-ın tərksilahı üçün iki aylıq müddət müəyyən ediblər

İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp Floridada keçirilən görüşdə HƏMAS-a tərksilah üçün iki ay vaxt verilməsi ilə bağlı razılığa gəliblər.

Moderator.az xəbər verir ki, bu barədə "Israel Hayom" qəzeti yazıb.

Qəzetin yazdığına əsasən, tərəflər həmçinin tərksilahın praktiki meyarlarını razılaşdırıblar, onlardan biri Qəzza zolağındakı geniş tunel şəbəkəsinin məhv edilməsidir.

Qeyd olunur ki, Tramp HƏMAS-ı silahı yerə qoymayacağı təqdirdə "cəhənnəm əzabları" ilə hədələyib.

"HƏMAS"a tərksilah üçün çox az vaxt veriləcək. Əgər onlar verdikləri sözə əməl etməsələr, bunun əvəzini ağır şəkildə ödəməli olacaqlar", – ABŞ Prezidenti bəyan edib.

Link kopyalandı!
Son xəbərlər