00:39
5°C
Bakı
Serbiya hakimiyyəti silah-sursatın alınması ilə bağlı milyardlarla avro dəyərində müqavilələr bağlayıb.
Moderator.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuat konfransında bildirib.
“İki gün əvvəl milyonlarla deyil, milyardlarla avro məbləğində iri müqavilələr imzalamışıq. Vaxtı çatanda və məqsədəuyğun hesab etdikdə bu barədə sizi məlumatlandıracağıq”, – deyə Vuçiç vurğulayıb.
Onun sözlərinə görə, Serbiya hakimiyyəti həmçinin yaxın üç il ərzində Avropanın ən güclü çoxsəviyyəli hava hücumundan müdafiə sistemlərindən birini formalaşdırmağı planlaşdırır.