Dünyanın ən ağırçəkili insanı vəfat edi
Dünya
233
30 Dec 2025 | 23:00

Dünyanın ən ağırçəkili insanı vəfat edi

Meksikada dünyanın ən ağırçəkili insanı Xuan Pedro Franko vəfat edib.

Moderator.az bu barədə "El Universal" nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, 41 yaşlı meksikalı böyrək infeksiyasından dünyasını dəyişib.

Xatırladaq ki, 2017-ci ildə Franko 595 kq ilə dünyanın ən ağırçəkili adamı kimi Ginnesin Rekordlar Kitabına düşmüşdü.

Onu müalicə edən həkimi Frankoya Aralıq dənizi pəhrizi təyin etmiş, daha sonra isə o, iki əməliyyat keçirmişdi ki, bu da çəkisini 49% azaltmağa imkan vermişdi.

Link kopyalandı!
Son xəbərlər