00:11
4°C
Bakı
"ABŞ ilk dəfə olaraq Kiyevə Amerika hərbçilərinin Ukrayna ərazisində yerləşdirilməsini də ehtiva edə biləcək təhlükəsizlik zəmanətləri verməyə hazırdır".
Moderator.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bəyan edib.
Eyni zamanda Tusk qeyd edib ki, bu, Kiyevdən ərazi məsələlərində kompromis yanaşma tələb edəcək:
"Mümkün razılıq (ərazi güzəştlərinə - red.) sülh əldə edildikdən sonra Ukrayna üçün real, yaxşı düşünülmüş təhlükəsizlik zəmanətləri ilə şərtlənməlidir. Bu, prosesin bütün iştirakçıları üçün böyük sınaqdır, lakin dediyim kimi, tammiqyaslı müharibə başlayandan bəri sülh ilk dəfə üfüqdə görünüb".